Tbilisidə azərbaycanlı iş adamına silahlı hücum olub

Hazırda oxunan: Tbilisidə azərbaycanlı iş adamına silahlı hücum olub

149357

Tbilisidəki “Lilo Mall” ticarət mərkəzində silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki,  başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.  

Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir. 

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib.

Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb. 

Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib. 

Faktla bağlı cinayət işi açılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin