Kiyevə dron hücumu: Hamısı zərərsizləşdirildi

Hazırda oxunan: Kiyevə dron hücumu: Hamısı zərərsizləşdirildi

149245

Kiyev yaxınlığındakı hava məkanında düşmənin gecə hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən bütün hava hədəfləri məhv edilib. Bunlar 15 “Şahed” tipli kamikadze dronlar olub.

Bizim.Media xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib. O bildirib ki, Kiyevə hazırkı PUA hücumu ardıcıl səkkizincidir və dünən gecə olduğu kimi, kütləvi xarakter daşıyıb.

Dağıntılar və tələfatla bağlı məlumat yoxdur.

“Yeri gəlmişkən, paytaxtda sonuncu hava həyəcan siqnalı düz 3 saat çəkib. Bu, Kiyev üçün genişmiqyaslı işğalın başlanğıcından bəri 820-ci idi”, - deyə Popko vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin