Ukrayna Prezidenti Volodimir Zelenski ölkə səfirlərinə müraciət edərək onlara Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üzərində işləməyə dair tapşırıq verib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski diplomatların qarşısında çıxışı zamanı bildirib.
“Sanksiyalar Rusiyaya qarşı başqa bir silah növüdür. Fərqli tərəfdaşların sanksiya siyasətinin sürəti fərqlidir. Kimsə liderdir, kimsə təəssüf ki, tərəddüd etdiyi üçün bir qədər geri qalır. Təəssüf ki, Rusiyaya sanksiyalardan yan keçməyə, əslində isə torpağımızda terroru davam etdirməyə kömək edən ölkələr var.
Azad dünya ölkələrində müdafiə sənayesi üçün kritik komponentlər və ikili təyinatlı məhsullar istehsal edən şirkətlər var. Bütün bu mallar sanksiyalara baxmayaraq, müxtəlif yollarla Rusiyaya çatır”, - deyə Ukrayna rəhbəri qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:49 / 02.08.2023
Zelenski ölkə səfirlərinə Rusiya ilə bağlı TAPŞIRIQ VERDİ
Hazırda oxunan: Zelenski ölkə səfirlərinə Rusiya ilə bağlı TAPŞIRIQ VERDİ
Hazırda oxunan: Zelenski ölkə səfirlərinə Rusiya ilə bağlı TAPŞIRIQ VERDİ
149221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.