Moskvaya yenidən dron hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Pilotsuz uçuş aparatı (PUA) Moskva şəhəri binalar kompleksinin qüllələrindən birinə çırpılıb. Dron Moskva vilayətinə yaxınlaşarkən vurulub.
"Moskva vilayətində hava hücumundan müdafiə qüvvələri dronu vurub", - deyə idarənin nümayəndələri bildiriblər.
Hadisə zamanı xəsarət alan olmayıb.
Bizim.Media