Rusiya silahlı qüvvələri Urojayne yaşayış məskənində vəziyyətə nəzarəti itirir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rus mənbələri yayıb.
Qeyd edilir ki, Ukrayna ordusu bütün günü artilleriya və kassetli sursatlardan ərazini atəş altında saxlayıb. Oranı nəzarətdə saxlamaq artıq mümkünsüz hala çevrilib.
Xatırladaq ki, Staromayorsk tamamilə Ukrayna silahlı qüvvələrinin nəzarətinə keçib.
Bu fakt foto görüntü ilə də sübut olunub. Şəhərin girişində Ukrayna hərbçiləri dayanıb.
Hazırda Kleşevka yaşayış məskəninin ruslardan təmizlənməsi əməliyyatı aparılır.
Bizim.Media