Rusiya Xersonu yenidən atəşə tutdu: 1 ölü, 2 yaralı var - FOTO

Hazırda oxunan: Rusiya Xersonu yenidən atəşə tutdu: 1 ölü, 2 yaralı var - FOTO

148762

İyulun 31-də səhər Rusiya hərbçiləri Xersonu atəşə tutub. Şəhərin mərkəzi hissəsi hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Xerson vilayət hərbi idarəsinin rəisi Aleksandr Prokudinin sözlərinə görə, səhər saat 8:20 radələrində Xersonun mərkəzi hissəsi "Qrad" qurğularından atəşə tutulub.

Prokudin qeyd edib ki, şəhərin kommunal xidmətinin 60 yaşlı əməkdaşı mərmidən həyatını itirib. 

Xerson vilayət prokurorluğu kommunal xidmətin iki əməkdaşının da (traktorçu və fəhlə) yaralandığını bildirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin