Pakistanın Xayber-Paxtunxva əyalətində “İslam Alimləri Assambleyası” partiyasının konqresində kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 44 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Dawn” qəzeti Hayber-Paxtunxva əyalətinin səhiyyə naziri Riaz Ənvara istinadən məlumat yayıb.
Onun sözlərinə terror aktı nəticəsində 100-dən çox şəxs yaralanıb:
“Terrorçu səhnənin bilavasitə yaxınlığında özünü partladıb”.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.
*** 20:21
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində "İslam Alimləri Assambleyası" partiyasının mitinqində terrorçu-intiharçı özünü partladıb.
Bizim.Media xəbər verir ki, partlayış nəticəsində azı 35 nəfər həlak olub, 200-dən artıq insan yaralanıb.
Partlayış yerli vaxtla təxminən 16:00-da (Bakı vaxtı ilə 15:00) partiya liderlərindən birinin təxminən 400 tərəfdarlarının qarşısında çıxışı zamanı baş verib.
Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.
Bizim.Media