Çexiyada rusiyalı oliqarxın əmlakına HƏBS QOYULDU - FOTO

Hazırda oxunan: Çexiyada rusiyalı oliqarxın əmlakına HƏBS QOYULDU - FOTO

148667

Çexiyada rusiyalı oliqarx Vladimir Yevtuşenkov və oğlu Feliksin əmlakına həbs qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Çex Televiziyası yayıb.

Mənbə yazır ki, bundan əvvəl respublika hökuməti Yevtuşenkovları milli sanksiyalar siyahısına daxil etmişdi.

Çexiyanın maliyyə və analitik departamenti Yevtuşenkova məxsus bir neçə çex firmasının ümumi dəyəri 100 milyon kron (təxminən 4,6 milyon dollar) olan hesablarını və əmlakını dondurub. Onların arasında elektrik hissələrinin istehsalı ilə məşğul olan şirkət də var.

Bundan əlavə, hakimiyyət oliqarxa məxsus Karlovı Varıdakı beşulduzlu otel-sanatoriya Savoy Westend-i həbs edib. İndi o, məhdud rejimdə işləyir, heç bir formada ödəniş qəbul etmir və yalnız daha əvvəl (iyun ayının sonuna qədər) turlar üçün ödəniş etmiş qonaqlara xidmət göstərir.

Telekanalın məlumatına görə, Vladimir Yevtuşenkovun Çexiyanın kurort şəhərindəki əmlakının ümumi dəyəri 500 milyon krondan (təxminən 23 milyon dollar) çoxdur. 

Bir müddət öncə “Seznam Zpravy” portalı onun Karlovı Varıda ən azı altı villası olduğunu bildirmişdi.

Vladimir və Feliks Yevtuşenkov Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən fəaliyyətlərə görə Çexiya sanksiyalarına məruz qalıblar.

Yevtuşenkovun Rusiyanın ali rəhbərliyi ilə sıx əlaqələri var və o, həmçinin Rusiya Müdafiə Nazirliyinin təchizatçısı olan “RTI Systems” maşınqayırma konsernini idarə edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin