Nigerin paytaxtı Niameydəki Fransa səfirliyi qarşısında böyük nümayiş keçirilib.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, minlərlə insan səfirliyin qarşısına müxtəlif şüarlar, o cümlədən “Rədd olsun Fransa!” şüarını səsləndiriblər. Etirazçılar Paris əleyhinə çoxsayda plakatlar qaldırıblar.
Bildirilir ki, yerli əhali diplomatik nümayəndəliyin qapısındakı “Fransa səfirliyi” lövhəsini qoparıb və onun ərazisinə daxil olmağa cəhd ediblər.
Etirazçılar həmçinin iyulun 26-da dövlət çevrilişi ilə Nigerdə hakimiyyəti ələ keçirən hərbçilərə dəstək verdiklərini bəyan ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:24 / 30.07.2023
“Rədd olsun Fransa!” - Nigerdə kütləvi etiraz
Hazırda oxunan: “Rədd olsun Fransa!” - Nigerdə kütləvi etiraz
Hazırda oxunan: “Rədd olsun Fransa!” - Nigerdə kütləvi etiraz
148654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.