Ukrayna bu ilin 6 ayında 25 milyard dollardan çox maliyyə yardımı alıb

Hazırda oxunan: Ukrayna bu ilin 6 ayında 25 milyard dollardan çox maliyyə yardımı alıb

148652

Ukrayna 2023-cü ilin birinci yarısında Qərb dövlətlərindən və beynəlxalq maliyyə təşkilatlarından 25 milyard dollardan çox maliyyə yardımı alıb.

Bizim.Media xəbər verir ki, bu rəqəmi Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa açıqlayıb.

Onun sözlərinə görə, bu ilin ilk altı ayında xarici maliyyə resursları dövlət büdcəsinin ümumi fonduna daxil olan bütün gəlirlərin 49,1 faizini təşkil edib.

Komitə rəhbəri bildirib ki, Ukraynanın ən böyük donoru olan Avropa İttifaqı bu il Kiyevə 11,43 milyard dollar güzəştli kredit ayırıb. ABŞ isə 7,2 milyard dollar qrant vəsaiti ilə geri qaytarılmayan büdcə yardımının ən böyük donoru olaraq qalır.

2023-cü ilin əvvəlindən bəri Ukrayna büdcəsinə Beynəlxalq Valyuta Fondundan 3,59 milyard dollar, həmçinin Kanadadan 1,76 milyard dollar daxil olub.

Ali Radanın maliyyə komitəsinin məlumatına əsasən, 2023-cü ilin büdcəsində dövlət borcunun maksimum məbləğinin 172,7 milyard dollara qədər artırılması, büdcə kəsiri isə 38 milyard dollar həcmində nəzərdə tutulub. Prezident Volodimir Zelenski Qərbi Ukraynanın builki büdcəsinin kəsirini tam bağlamağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin