İranda BİABIRÇILIQ: Məmur həmcinsi ilə nalayiq görüntülərinə görə işdən ÇIXARILDI

Hazırda oxunan: İranda BİABIRÇILIQ: Məmur həmcinsi ilə nalayiq görüntülərinə görə işdən ÇIXARILDI

148572

İslami dəyərlərin qorunmasına cavabdeh olan İranın regional rəsmisi bəzi iddialara görə onun başqa bir kişi ilə cinsi əlaqədə olduğunu göstərən videogörüntülərə görə fəaliyyətini dayandırıb. 

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, internetdə Gilan əyalətinin (Xəzər dənizində yerləşir və Azərbaycanla həmsərhəddir) İslam Mədəniyyəti İdarəsinin rəisi Reza Tsaqatinin görüntüləri olan video yayımlanıb. 

Səs yazısında olan şəxslərin kimliyi qəti şəkildə təsdiqlənməsə də, işin bütün halları aydınlaşana qədər Tsaqati vəzifəsindən azad edilib. 
Videonu ilk olaraq müxalif maraqlara xidmət edən “Telegram” kanalı yayıb. Kanalın redaktoru İran rəsmilərini ifşa etməkdə davam edəcəyinə söz verib. 

Video sosial şəbəkələrdə aktiv şəkildə yayılmaqda davam edir. Çoxları qeyd edir ki, Tsaqati təqva və hicab geyinməyi təbliğ edən mədəniyyət mərkəzinin yaradıcısı olub. 

Şənbə günü İranın mədəniyyət naziri Mohammad Mehdi Esmaili video yayımlanana qədər bölgə rəsmisi haqqında heç bir mənfi məlumatı olmadığını bildirib. 

Qeyd edək ki, Gilan İslam Mədəniyyəti Departamenti iyulun 22-də Tsaqatinin törətdiyi iddia edilən əmələ dair şübhələrə istinad edərək bəyanat yayıb. Səlahiyyətlilər işin "hüquq-mühafizə orqanlarının nəzarətinə verildiyini" bildirir və videodan "İslam İnqilabının şanlı mədəni cəbhəsini zəiflətmək üçün" istifadə edilməməyə çağırıblar. 

Bəzi sosial şəbəkə istifadəçiləri yazır ki, Tsaqatinin işdən çıxarılması İran hakimiyyətinin LGBT icmasına qarışmaqda ittiham olunan məmurlara və ölkənin sadə sakinlərinə, yaxud İslami geyim qaydalarını pozan qadınlara necə fərqli münasibət göstərdiyinin sübutudur. 
Belə ki, İranda homoseksual münasibətlər qanunla qadağandır, belə pozuntuya görə maksimum cəza isə ölüm hökmüdür.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin