Emil Hüseynli İrpen şəhərinin meri tərəfindən TƏLTİF OLUNDU – FOTO  

Hazırda oxunan: Emil Hüseynli İrpen şəhərinin meri tərəfindən TƏLTİF OLUNDU – FOTO  

148523

“Azərtac”ın Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəsi Emil Hüseynli İrpen şəhərinin qəhrəmancasına müdafiəsi hadisələrinin işıqlandırılmasına verdiyi töhfələrə görə mükafatlandırılıb. 

Bizim.Media xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat verib. 

“İrpen şəhərinin qəhrəmancasına müdafiəsi hadisələrinin işıqlandırılmasına verdiyim şəxsi töhfəmə görə İrpen şəhər meri Oleksandr Markuşin tərəfindən təşəkkürnamə ilə təltif edildim. 

İrpen  tək ukraynalıların deyil, həm də azərbaycanlıların doğma şəhəridir. Çünki İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan park, küçə və məktəb mövcuddur. İrpen Azərbaycan və Ukrayna xalqlarının dostluq körpüsüdür. 
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkəmiz İrpen şəhərinə hər zaman dəstək göstərir, şəhərin bərpasında yaxından iştirak edir. Mənə verilən bu dəyər bütövlükdə Azərbaycan dövlətinə verilən qiymətdir”, - deyə Emil Hüseynli qeyd edib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin