Ərdoğan “Kaan” qırıcısının ilk uçuş tarixini AÇIQLADI 

Hazırda oxunan: Ərdoğan “Kaan” qırıcısının ilk uçuş tarixini AÇIQLADI 

148430

Türkiyənin beşinci nəsil “Kaan” qırıcı təyyarəsinin ilk uçuşu 2023-cü ilin sonunda baş tutacaq. 

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə İstanbulda başa çatan IDEF-2023 beynəlxalq müdafiə sənayesi sərgisində çıxışı zamanı məlumat verib. 

Onun sözlərinə görə, layihənin reallaşmasında IDEF çərçivəsində müvafiq sazişin imzalandığı Azərbaycan da iştirak edəcək. 

“Ümid edirəm ki, üç ay əvvəl anqardan çıxardığımız “Kaan” təyyarəsini ilin sonuna kimi səmada görəcəyik”, - deyə Ərdoğan bildirib. 

Qeyd edək ki, 2017-ci ildə Türkiyədə Milli döyüş təyyarələri proqramı çərçivəsində hazırlanan beşinci nəsil “Kaan” qırıcı təyyarəsinin kütləvi istehsalına 2028-ci ildə başlanması nəzərdə tutulur.
O, taktiki-texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 təyyarələrini üstələyəcək və ölkənin Hərbi Hava Qüvvələrində istismarda olan F-16 qırıcılarını əvəzləyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin