Rusiya Federasiyasının Altay Respublikasında Mi-8 helikopteri qəzaya uğrayıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 7 yaralı var.
Qəzanın Tyunqur qəsəbəsi ərazisində baş verdiyi bildirilib.
Məlumata görə, helikopterin göyərtəsində 16 nəfər olub. Onlarlardan 13-ü turist olub.
Bildirilib ki, eniş zamanı helikopterin qanadları elektrik xəttinin dirəyinə toxunub, daha sonra yerə düşüb və alovlanıb.
Bizim.Media