“Uçan naməlum obyektlərin qəzaya uğradığı iddia edilən yerlərdə qeyri-insan mənşəli bioloji qalıqlar tapılıb”.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Devid Qruş ABŞ Konqresində yadplanetlilərin mövcudluğu ilə bağlı keçirilən ilk dinləmələrdə deyib.
O bildirib ki, amerikalılar 12 UNO-nun qəzaya uğradığı yeri aşkar edib və onlardan qeyri-insan mənşəli bioloji qalıqlar çıxarıblar.
Onun sözlərinə görə, ABŞ 1930-cu illərdən "qeyri-insani" fəaliyyətdən xəbərdar olub. Qruş deyib ki, özü və bir çox digər hərbçilər UNO-larla qarşılaşıblar.
Bizim.Media