Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Rusiya təcavüzündən qorunmaq üçün vəsait axtardığı bir vaxtda məmurların dövlət prinsiplərinə və ictimai maraqlara xəyanətinə dözməyəcəyini bəyan edib.
Bizim.Media “Euronews”a istinadən xəbər verir ki, Zelenskinin bəyanatı korrupsiya ilə bağlı səs-küylü təhqiqatlar fonunda səslənib.
O bildirib ki, bütün diqqətlərin vətənin müdafiəsinə yönəldiyi bir vaxtda dövlət maraqlarına zidd olaraq istənilən varlanmaq hərisliyi qəzəb doğurur.
Qeyd edilib ki, korrupsiyaya qarşı mübarizə Ukraynanın Avropaya inteqrasiyası üçün əsas şərtlərdən biridir. Avropa İttifaqı ölkənin bərpası üçün 50 milyard avro ayırmaq müqabilində Kiyevdən korrupsiyanın kökünün kəsilməsini və maliyyə yardımının xərclənməsi mexanizmində şəffaflığın təmin olunmasını tələb edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:50 / 26.07.2023
Zelenskidən ukraynalı məmurlara: “Varlanmaq hərisliyiniz qəzəb doğurur”
Hazırda oxunan: Zelenskidən ukraynalı məmurlara: “Varlanmaq hərisliyiniz qəzəb doğurur”
Hazırda oxunan: Zelenskidən ukraynalı məmurlara: “Varlanmaq hərisliyiniz qəzəb doğurur”
148135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.