Azərbaycan Ukraynaya humanitar yardımları ARTIRACAQ - FOTO

Hazırda oxunan: Azərbaycan Ukraynaya humanitar yardımları ARTIRACAQ - FOTO

148046

Ukrayna Ali Radası sədrinin müavini Yelena Kondratyuk Azərbaycan Respublikasının Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyevlə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radası Aparatının mətbuat xidməti məlumat yayıb. 

Görüşdə bildirilib ki, Azərbaycan Ukraynaya humanitar yardımı artıracaq, o cümlədən uşaqların və Ukrayna əsgərlərinin reabilitasiyası üçün dəstək göstərəcək. 

Vitse-spiker ilk növbədə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü daim dəstəklədiklərinə, eləcə də daimi humanitar yardıma görə Ukrayna parlamenti adından azərbaycanlı dost və tərəfdaşlara təşəkkür edib. 

“Biz Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynaya elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması qərarına görə minnətdarıq. Bu, münasibətlərimizin strateji xarakterini bir daha vurğulayır. Bu, növbəti çətin qışa hazırlığı nəzərə alaraq, Ukraynanın enerji dayanıqlılığına çox mühüm töhfədir”, - deyə Olena Kondratyuk təşəkkür edib. 

“Biz Ukraynaya humanitar yardım göstərməyə və genişləndirməyə davam edəcəyik”, -   deyə Seymur Mərdəliyev bildirib. 
Bundan əlavə, həmsöhbətlər xüsusi diqqət yetiriləcək humanitar yardımın digər mühüm sahələrini müzakirə edib və əlaqələndiriblər.

Söhbət zamanı, həmçinin Azərbaycanın Ukraynanın yenidən qurulmasında və infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirakı məsələsi qaldırılıb, xüsusən də Azərbaycanda mədəniyyət mərkəzinin, uşaqlar üçün incəsənət mərkəzinin, idman qurğusunun və dağıdılmış binalardan birinin yenidən qurulması planlaşdırılır.  

Ukrayna parlamentinin vitse-spikeri Azərbaycanı Ukraynanın humanitar minatəmizləmə işində, xüsusi texnika ilə təmin olunmasında və ukraynalı mütəxəssislərin təlimində daha da fəal iştirak etməyə çağırıb. 
İclasın digər mühüm məsələsi Ukrayna hərbçilərinin və veteranlarının Azərbaycanda müalicəsi və reabilitasiyası məsələsi olub. Olena Kondratyuk xatırladıb ki, o, bu xahişlə ikitərəfli görüşlərdə ölkə rəhbərliyinə müraciət edib: 

“Bu il Azərbaycan uzunmüddətli reabilitasiya və protezləşmə üçün hər biri 10 nəfərdən ibarət iki qrup əsgərimizi qəbul edəcək”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin