“2024-cü il yanvarın 1-dən Rusiyada çağırış yaşı 18 yaşdan 30 yaşa qədər olacaq”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Dövlət Duması bununla bağlı müvafiq qanuna düzəlişləri təsdiq edib.
Bildirilib ki, çağırış yaşının mərhələli şəkildə qaldırılması da qanunda nəzərdə tutulub. Belə ki, 2024-cü ildən çağırış yaşı 19 yaşdan 30 yaşa, 2025-ci ildən 20 yaşdan 30 yaşa, 2026-cı il yanvarın 1-dən 21 yaşdan 30 yaşa qədər olacaq.
Duma hərbi komissarlıqlar tərəfindən göndəriş göndərildiyi gün çağırışçıların ölkədən çıxmasını qadağan edən qanunu da qəbul edib. Parlament, həmçijnin, hərbi qeydiyyat və komissarlıqlara kömək göstərmədiyinə görə 500 min rubla ( 5,5 min ABŞ dolları) qədər cərimələri təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, çağırış yaşının aşağı həddinin 18-dən 21-ə qaldırılması ideyasının rədd edilməsi rusiyalıların çoxsaylı müraciətləri ilə bağlıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:23 / 25.07.2023
Rusiyada hərbi çağırış yaşı DƏYİŞDİRİLİR
Hazırda oxunan: Rusiyada hərbi çağırış yaşı DƏYİŞDİRİLİR
Hazırda oxunan: Rusiyada hərbi çağırış yaşı DƏYİŞDİRİLİR
147934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.