Danimarkanın paytaxtı Kopenhagendə yerləşən İraq səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.
Bizim.Media xəbər verir ki, “Danske Patrioter” (“Danimarka Patriotları”) qrupunun iki üzvü səfirlik binası qarşısında Quran kitabını yandırıblar.
Belə ki, aksiya iştirakçısı Quranı əvvəlcə tapdalayıb, sonra onu yerdə olan İraq bayrağının yanında yandırıb.
Xatırladaq ki, son aylarda Danimarka və İsveçdə bir neçə Qurani-Kərim kitabı yandırılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media