Bu gün Türkiyədə Azərbaycan Ordusunun generalı, şəhid Polad Həşimovun adı verilən parkın açılışı olub.
Bu barədə Bizim.Media-ya Bursa vilayətinin Osmanqazi bələdiyyəsindən məlumat verilib.
Osmanqazi Bələdiyyə sədri Mustafa Dündar bildirib ki, şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan bütün qəhrəmanlara göstərilən hörmət və ehtiram, qardaş ölkəyə mənəvi dəstəyin nümunəsidir.
Qeyd edək ki, Osmanqazi rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışına bursalılarla yanaşı, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də qatılıb.
Ümumilikdə 2 min kvadratmetrlik parkda fitnes və idman avadanlıqları yerləşdirilib, yaşıllıq sahəsi, uşaq meydançası, idman meydançası, gəzinti yolları salınıb.
Bizim.Media