Tvitterin sahibi İlon Mask sosial şəbəkənin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, Tvitter sosial səhifəsində yazıb.
"Tezliklə biz Tvitter brendi ilə və tədricən bütün “quşlar”la vidalaşacağıq”, - deyə İ.Mask qeyd edib.
O, həmçinin Tvitter üçün mümkün gələcək dizaynı dərc edib. Bu, qara fonda X hərfini təmsil edir. Lakin dizaynın son variantı hələ razılaşdırılmayıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də İ.Mask Tvitteri almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Bundan dərhal sonra o, bir sıra menecer üzvlərini işdən çıxarıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərdən belə məlum olur ki, Mask həm də direktorlar şurasını ləğv edib və şirkətin yeganə rəhbəri olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:02 / 23.07.2023
İlon Mask Tvitterin loqosundan imtina edir: “Quşlar”la vidalaşacağıq
Hazırda oxunan: İlon Mask Tvitterin loqosundan imtina edir: “Quşlar”la vidalaşacağıq
Hazırda oxunan: İlon Mask Tvitterin loqosundan imtina edir: “Quşlar”la vidalaşacağıq
147567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.