Antalyanın Muratpaşa rayonunda üçmərtəbəli butik hoteldə yanğın olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Cumhuriyyet" məlumat yayıb.
Bildirilib ki, yanğın gecə sat 03:30 radələrində baş verib. Hadisə nəticəsində 2 turist həyatını itirib. Onlardan birinin liviyalı qadın olduğu bildirilir. Həmçinin 2-si ağır olmaqla 12 nəfər yaralanıb.
Yanğında xəsarət alanlar arasında Norveç, Danimarka və Niderlanddan olan turistlər də var.
Əraziyə xilasedicilər, yanğınsöndürənlər, polis, təcili tibbi yardım qrupları yönəldilib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Bizim.Media