Fars körfəzi ölkələrində son günlər güclü qum fırtınası müşahidə olunur. Qətər və Səudiyyə Ərəbistanı təbii fəlakətin əsiri olub. Burada hava sanki qan rənginə boyanıb.
Bizim.Media Sputnik.az-a istinadən xəbər verir ki, fırtına cümə günü axşam başlayıb. Öncə ilin bu mövsümü üçün xarakterik olmayan boğucu isti çöküb. Sonra güclü külək əsib.
MÖVZU İLƏ BAĞLI:
Səudiyyə Ərəbistanı bu sahədə Rusiyanı geridə qoydu
O, toz və qum dənələrini havaya qaldırdığından görmə məsafəsi cəmi bir neçə metrə enib. Toz və qum tikililəri, avtomobilləri örtüb, hətta pəncərə deşiklərindən evlərə sızıb.
Qum fırtınası özüylə soyuq hava kütlələrini də gətirib. Qətərin paytaxtı Dohada havanın temperaturu qəfildən müsbət 16 dərəcəyə düşüb.
Hava şəraiti səbəbindən mülki və hərbi aviasiyanın aktivliyi azaldılıb. Səudiyyə Ərəbistanı HHQ uçuşları ləğv edib.
Bazar günü regionda hava sabitləşməyə doğru getsə də hələ də güclü külək əsir.
Bizim.Media
Saudi Arabia #Sandstorm pic.twitter.com/BAenP6EYhz
— ??????? (@ThierryJFT) March 13, 2021