Rusiya Odessada taxıl terminalını ATƏŞƏ TUTDU: Yaralılar var – FOTO

Hazırda oxunan: Rusiya Odessada taxıl terminalını ATƏŞƏ TUTDU: Yaralılar var – FOTO

147281

Rusiya hərbçiləri gecə saatlarında Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı “Kalibr” raketləri ilə atəşə tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Cənub Müdafiə Qüvvələrinin spikeri Nataliya Qumenyuk və Odessa vilayət hərbi administrasiyasının rəhbəri  Oleq Kiper bvildirib. 

Qumenyuk bildirib ki, ruslar gecə saatlarında Qara dənizdə növbətçiliyə çıxan reaktiv daşıyıcıdan “Kalibr” raketləri ilə Odessa bölgəsinə iki dalğada hücum ediblər. 

"Düşmən terroru davam etdirir, bu, şübhəsiz ki, taxıl müqaviləsi ilə bağlıdır. Bu gecə işğalçılar Odessa vilayətində taxıl ehtiyatlarını məhv etməyə çalışaraq kənd təsərrüfatı müəssisəsini vurublar", - o deyib. 

Məlumata görə, ruslar taxıl və kənd təsərrüfatı texnikasının saxlanıldığı terminala raketlər göndərib. Kiperin məlumatına görə, onlar 100 ton noxud və 20 ton arpanı məhv ediblər. Partlayış nəticəsində iki nəfər yaralanıb. 

Cənub Müdafiə Qüvvələrinin spikeri qeyd edib ki, Rusiya Qara dənizin relyefinin və su anbarının xüsusiyyətlərini nəzərə alaraq “Kalibr”i çox çətin kursa çıxarıb. 
"Raketlər Ukraynanın dövlət sərhədinə maksimum yaxınlaşmaqla çox aşağı hündürlükdə uçurdu. Bu, əslində təxribatdan sonrakı təxribatdır", - o deyib. 

O, əlavə edib ki, belə şəraitdə raketlərin aşkarlanması çətindir, ona görə də zərbə hava hücumu siqnalı ilə demək olar ki, eyni vaxtda baş verib. 

Rusiya ordusu kənd təsərrüfatı müəssisələrindən birinin taxıl anbarına 2 raket atıb və hadisə yerində olan xilasedicilər yanğını aradan qaldırarkən, növbəti raket zərbəsi endiriblər. Qumenyuk qeyd edib ki, xilasedicilər sığınacağa gedə bilib, lakin kənd təsərrüfatı və xilasetmə texnikasının bir çox bölməsinə ziyan dəyib.  










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin