Navalnının 20 il həbsi İSTƏNİLDİ

Hazırda oxunan: Navalnının 20 il həbsi İSTƏNİLDİ

147214

Moskva Şəhər Məhkəməsində rusiyalı müxalifətçi Aleksey Navalnının işi üzrə iclas keçirilib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət ittihamçısı ekstremizm işi üzrə müxalifətçiyə xüsusi rejimli koloniyada 20 il cəza istəyib.

Hazırda həbsdə olan siyasətçinin işi üzrə məhkəmə hökmü avqustun 4-də elan olunacaq.

Məlumata görə, müxalifətçi altı maddə üzrə ittiham olunur: ekstremist icma yaratmaq, ekstremizmə çağırışlar, vətəndaşların hüquqlarını pozan QHT yaratmaq, ekstremizmi maliyyələşdirmək, həmçinin azyaşlıların təhlükəli əməllərə cəlb edilməsi və nasizmin reabilitasiyası.
Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə ciddi rejimli cəza çəkməsində olmaqla 9 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin