İsveçin Bağdaddakı səfirliyi diplomatik missiyanın binasının yandırılmasından sonra növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin səfirliklərin idarə edilməsi qurumunun rəsmi saytında dərc edilmiş məlumatda bildirilib.
“İyunun 29 və 30-da Bağdaddakı İsveç diplomatik missiyasının qarşısında, həmçinin iyulun 20-də keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlıq edilənədək ziyarətçilər üçün bağlıdır. Pasportların verilməsi və təcili sənədlərin işlənməsi dayandırılıb”, - qeyd edilib.
Bizim.Media