Stokholmda Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdaddakı İsveç səfirliyinə hücum ediblər.
Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyi bütün işçilərin təhlükəsiz olduğunu bildirib.
Məlumata görə, etirazçılarn İraqın tanınan şiə din xadimi və siyasi lideri Müqtəda əs-Sədri əks etdirən bayraqlar və digər vasitələrlə səfirliyin önündə nümayiş keçiriblər.
Yayılan görüntülərdə etirazçıların hasarın üstünə çıxaraq, giriş qapısını sındırmağa çalışmaları əks olunub. Digərləri isə binanı yandırıblar.
Qeyd edək ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.
Bizim.Media