Amerikalı əsgər Cənubi Koreyadan Şimali Koreyaya qaçdı - TƏFƏRRÜAT

Hazırda oxunan: Amerikalı əsgər Cənubi Koreyadan Şimali Koreyaya qaçdı - TƏFƏRRÜAT

147020

Amerikalı əsgər Travis King komandanlığın icazəsi olmadan  Cənubi Koreyadan koreyalararası sərhədi keçərək Şimali Koreyaya (KXDR) keçib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı ABŞ ordusundakı mənbəyə istinadən yayıb.

Qeyd edək ki, Kinq Cənubi Koreyada 50 gün həbsdə qalıb. "Associated Press" agentliyi yazır ki, iyulun 10-da 23 yaşlı Kinq həbsdən buraxılıb, bundan sonra o, hava limanına aparılıb və gömrük xidmətinədək müşayiət olunub. Lakin o, təyyarəyə minmək əvəzinə hava limanını tərk edib və daha sonra Koreya ilə sərhəddə yerləşən Panmunjom kəndinə gəlib, oradan isə sərhədi keçərək Şimali Koreyaya qaçıb.

Xatırladaq ki, 2021-ci ilin yanvarında orduya çağırılan King Kəşfiyyat Ordusunun əsgəridir. 

Ordunun rəsmi nümayəndəsi Brays Dub CNN-ə bildirib ki, King Texas ştatının Fort Bliss şəhərində yerləşən 1-ci Zirehli Diviziyanın 1-ci Mexanikləşdirilmiş Alayından Cənubi Koreyaya göndərilib.

"Biz inanırıq ki, o, hazırda həbsdədir (Koreya Xalq Demokratik Respublikasında) və həmkarlarımızla (Koreya Xalq Ordusunda) bu insidenti həll etməyə çalışırıq", - deyə ABŞ ordusunun Cənubi Koreyadakı nümayəndəsi polkovnik İsaak Taylor bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bir ABŞ əsgərinin hazırda Şimali Koreyanın nəzarətində ola biləcəyini təsdiqləyib.

Bir gün əvvəl isə Reuters xəbər vermişdi ki, amerikalı hərbçi iki Koreya arasındakı demarkasiya sərhədini keçərək KXDR-ə çatıb. Hadisənin şahidi CBS News-a bildirib ki, əsgər binalar arasında qaçaraq gülə-gülə sərhədi keçib. 

“Əvvəlcə bunun zarafat olduğunu düşündüm, amma geri qayıtmayanda  ciddi olmadığını anladım”, - deyə şahid vurğulayıb.

Yeri gəlmişkən, Cənubi Koreya ilə Şimali Koreya arasında demarkasiya xətti 1953-cü ildə hərbi əməliyyatların sonunda qurulub. O vaxtdan bəri iki ölkə arasında heç bir sülh müqaviləsi bağlanmayıb.

Qeyd edək ki, mənbələrin heç biri əsgərin hansı səbəbdən 50 gün Cənubi Koreyada həbsdə qaldığının detallarını açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin