Krımın şərqində, Kirovsk rayonundakı hərbi poliqonun silah-sursat anbarında yanğın baş verib, buna görə Tavrida magistral yolu bağlanıb. Yerli sakinlər son iki saat ərzində partlayış səsləri eşitdiklərini deyirlər.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Kirovsk rayonundakı poliqona bitişik ərazidən dörd yaşayış məntəqəsinin sakinlərinin müvəqqəti təxliyəsi planlaşdırılır. Bu, 2 mindən çox insan deməkdir. Operativ qərargah yaradılıb, bütün ixtisaslaşmış xidmətlər yerində işləyir”, - qərargahın açıqlamasında bildirilir.
Bizim.Media