Cənubi Koreyada təbii fəlakət nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

Hazırda oxunan: Cənubi Koreyada təbii fəlakət nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

146920

Cənubi Koreyada intensiv yağışlar nəticəsində yaranan sel və torpaq sürüşməsində ölənlərin sayı 44 nəfərə çatıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xilasetmə Xidməti məlumat yayıb. 

Məlumata görə, Cənubi Koreyanın cənubunda yerləşən Könsan-Pukto əyalətinin itkin düşmüş sayılan 3 sakinin meyitləri aşkarlanıb.Təbii fəlakət bölgələrindən təxliyə olunan 5 600 nəfər müvəqqəti olaraq 15 şəhərdə yerləşdirilib. 
Əkin üçün yararlı 316 ha sahə su altında qalıb. 39 tarixi abidəyə ziyan dəyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin