Ukrayna və BMT arasında ölkənin bərpası ilə bağlı memorandum imzalanıb

Hazırda oxunan: Ukrayna və BMT arasında ölkənin bərpası ilə bağlı memorandum imzalanıb

146912

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və BMT İnkişaf Proqramının administratoru Axim Ştayner Ukraynanın müharibədən sonrakı bərpası ilə bağlı memorandum imzalayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Kuleba özünün “Twitter” hesabında məlumat verib. 

O qeyd edib ki, bu memorandum BMT-yə müharibədən sonrakı yenidənqurma layihələrində Ukraynaya yardım göstərmək üçün səylərini artırmağa imkan verəcək.
XİN başçısı həmçinin savaş riskinin sığortası, minaların təmizlənməsi, enerji infrastrukturu, həmçinin kiçik və orta sahibkarlığa dəstəyi əhatə edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin