Kremldən Rusiyasız "Taxıl sazişi"ni davam etdirmək cəhdlərinin riskləri barədə XƏBƏRDARLIQ

Hazırda oxunan: Kremldən Rusiyasız "Taxıl sazişi"ni davam etdirmək cəhdlərinin riskləri barədə XƏBƏRDARLIQ

146822

“"Taxıl sazişi"ni Rusiyanın iştirakı olmadan davam etdirmək cəhdləri risklərə gətirib çıxaracaq, çünki taxıl dəhlizi müharibə zonasına bitişikdir və hətta Kiyevin özü də bu dəhlizdən hərbi məqsədlər üçün istifadə edir”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Qara dəniz təşəbbüsündə iştirakının dayandırılmasına baxmayaraq, Ukrayna tərəfinin Türkiyəyə Ukraynadan taxıl ixracını davam etdirmək təklifini şərh edərkən deyib. 

O bildirib ki, bu məsələ Rusiya hərbçiləri tərəfindən "şərh tələb edir", çünki söhbət birbaşa döyüş bölgəsinə bitişik zonadan gedir: 

"Müvafiq təhlükəsizlik təminatları olmadan orada müəyyən risklər yaranır. Ona görə də Rusiyasız nəsə edilirsə, bu risklər nəzərə alınmalıdır. Burada biz deyə bilmərik ki, bu riskləri hansı dövlətlər öz üzərinə götürməyə hazırdır". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin