“Bayraktar”lar Səudiyyə Ərəbistanı səmalarında uçacaq – BÖYÜK MÜQAVİLƏ 

Hazırda oxunan: “Bayraktar”lar Səudiyyə Ərəbistanı səmalarında uçacaq – BÖYÜK MÜQAVİLƏ 

146802

“Bayraktar AKINCI” pilotsuz uçuş aparatlarının ixracı ilə bağlı “Baykar” şirkəti ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında rəsmi sənəd imzalanıb.  

Bu barədə Bizim.Media-ya “Baykar” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Körfəz turuna çıxır - İlk ölkə Səudiyyə Ərəbistanıdır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı ziyarəti çərçivəsində reallaşan imza mərasimində birgə əməkdaşlığa dair sənəd Səudiyyənin müdafiə naziri ilə Baykar şirkətinin rəhbəri Haluk Bayraktar arasında imzalanıb.  

Milli və orijinal olaraq “Baykar” şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI S/PUA, Səudiyyə Ərəbistanı Krallığı Hava və Dəniz Qüvvələri Komandanlığının inventarında xidmət edəcək. Müqavilə çərçivəsində “Baykar” həmçinin təlim, texniki dəstək və logistika xidmətləri göstərəcək. 

Qeyd edək ki, “Baykar”, rəqabətli proses nəticəsində amerikalı, avropalı və çinli rəqiblərini geridə qoyub. Şirkət həmçinin Küveyt Müdafiə Nazirliyi ilə “Bayraktar TB2”nin satışı ilə bağlı 370 milyon dollarlıq ixrac müqaviləsi də imzalanıb.  

Rumıniyaya ixracla “Bayraktar TB2” PUA-lar 4 NATO üzvü və 2 Aİ üzv ölkəsinin inventarına daxil olub.

Müdafiə və aerokosmik sənayenin ən böyük ixracatçısı olan “Baykar”ın 2022-ci ildə 1,4 milyard dollar dövriyyəsi olub. “Bayraktar TB2” PUA-sı üçün 30 ölkə ilə, Bayraktar AKINCI üçün isə 6 ölkə ilə ixrac müqaviləsi imzalanıb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin