O mitinqdə Azərbaycan bayrağı da olacaq... - Ərdoğan açıqladı

Hazırda oxunan: O mitinqdə Azərbaycan bayrağı da olacaq... - Ərdoğan açıqladı

146799
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 7-nə planlaşdırılan mitinq barədə danışıb.

Türkiyə KİV-i xəbər verir ki, Ərdoğan mitinqə türk bayrağından başqa bayraqların gətirilməsini istəmir: “ Yurdumuzun üzərində tüstüləyən ən son ocaq sönmədən kimsənin bu milləti əsir etməyə gücü çatmayacaq. Millətimlə fəxr edirəm. Yeniqapıda mitinq olacaq. Hansı partiyanın olması fərq etmir. Milli birliyimizin ifadəsi olaraq mesajlarımızı birlikdə verməyimizi istəyirəm. Demokratiya və şəhidlər mitinqi olduğu üçün türk bayrağından başqa bayraq olmasın. Orada partiya,  təşkilat bayraqlarının heç birini görmək istəmirik. Kuzey Kıbrıs Türk Cumhuriyyəti və Azərbaycan bayrağı dalğalana bilər.  

Hörmətli Dövlət Baxçelidən mitinqə qatılacağı ilə bağlı xoş xəbər aldıq. Mən Kemal Kılıçdaroğlunun da orada olmasını istəyirəm. Ümid edirəm ki, dəvətimi yenidən gözdən keçirər”x9d.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin