Ukraynalı deputat: “Azərbaycan Ukraynanın yaxın tərəfdaşı olduğunu sübut edir” - FOTO

Hazırda oxunan: Ukraynalı deputat: “Azərbaycan Ukraynanın yaxın tərəfdaşı olduğunu sübut edir” - FOTO

146721

Müharibə dönəmində Azərbaycan tək sözdə yox, işdə də Ukraynanın yaxın tərəfdaşı olduğunu sübut edir.

Bizim.Media xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun həmsədri Volodimir Kreydenko Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə söyləyib.

V.Kreydenko bildirib ki, Ukraynada da Azərbaycana xüsusi müsbət münasibət vardır. Ukraynalı deputat Azərbaycanın tək sözdə yox, əməldə də Ukraynanın yaxın tərəfdaşı olduğunu sübut etdiyini, müharibənin ilk günlərindən dəyişməz prinsipial mövqedən çıxış edən Azərbaycanın göndərdiyi humanitar yardımların, müharibədən zərər görmüş uşaqların Azərbaycanda reabilitasiya keçmələrinin buna əyani sübut olduğunu diqqətə çatdırıb. 

O, Azərbaycana etdikləri son səfəri və Milli Məclisdə Ukrayna parlamenti ilə əməkdaşlıq qrupunun üzvlərinin Ukraynaya son səfərini xoş sözlərlə xatırlayıb, qarşılıqlı səfərlərin əməkdaşlığın güclənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Səfir, öz növbəsində Azərbaycan və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq əlaqələri, suverenlik və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi, xalqlar arasında sıx münasibət, müxtəlif sahələrdə böyük potensiala malik əməkdaşlıq imkanları kontekstində danışaraq iki ölkənin dövlət başçılarının Kişineuda son görüşünün əməkdaşlıq üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. 

S.Mərdəliyev vurğulayıb ki, əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr vacib rol oynayır.

Səfir göstərilən humanitar yardımların səmimi olduğunu, uşaqların sosial reabilitasiyası proqramlarının davam edəcəyini bildirib. 

O, Londonda keçirilmiş Ukraynanın Bərpası Konfransında elan olunduğu kimi Azərbaycanın Ukraynada bərpa layihələrində iştirak edəcəyini diqqətə çatdırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin