İnterpol tərəfindən axtarışda olan "Kölgə" ləqəbli Quram Çixladze İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tərəfindən Küçükçekmecedə keçirilən əməliyyat nəticəsində yaxalanıb.
Bizim.Media unikal-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık" qəzeti məlumat yayıb.
Çixladzenin Beşiktaşda silahlı basqın nəticəsində öldürülən azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin qardaşı Namiq Canıyevin rəhbərlik etdiyi "Canıyev cinayət dəstəsi" kimi tanınan qruplaşmanın rəhbərlərindən biri olduğu müəyyən edilib.
Gürcüstan əsili "qanuni oğru"nun Rusiyada bir çox qətl cinayətlərinin icraçısı olduğu üçün İnterpol vasitəsilə Rusiya səlahiyyətliləri tərəfindən həbs qərarı çıxarıldığı öyrənilib. Quram Çixladze polis bölməsindəki prosedurlardan sonra təhvil verildiyi məhkəmə orqanları tərəfindən həbs edilərək həbsxanaya göndərilib.
Bizim.Media