Şarl Mişeldən Rusiyanın taxıl sazişindən çıxmasına REAKSİYA

Hazırda oxunan: Şarl Mişeldən Rusiyanın taxıl sazişindən çıxmasına REAKSİYA

146685

Rusiyanın Qara dəniz taxıl təşəbbüsündən çıxması qlobal miqyasda ərzaq təhlükəsizliyini təhdid edir.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel sosial şəbəkədə bildirib.

Rusiya Federasiyasının taxıl sazişindən çıxmasından təəssüfünü ifadə edən Şarl Mişel yazıb:

“Qara Dəniz Taxıl Təşəbbüsü bütün dünyada milyonlarla insana fayda verib. Mən Rusiyanın bugünkü bəyanatından təəssüflənirəm. Bu, ərzaq təhlükəsizliyini və bütün dünyada insanların taxıl və gübrə təchizatına çıxışını təhlükə altına alacaq”.

O, BMT-nin Baş katibi Antonio Quterreşin sazişin uzadılması istiqamətində səylərini dəstəklədiyini bir daha vurğulayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Rusiyanın qərarını pisləyək deyib ki, Avropa İttifaqı Ukraynadan kənd təsərrüfatı və ərzaq məhsullarının “həmrəylik dəhlizləri” vasitəsilə dünya bazarlarına ixracını asanlaşdırmaq üçün səylərini davam etdirəcək.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Moskva taxıl sazişinin bərpası məsələsini yalnız sazişin RF-ə aid hissəsinin reallaşmasında konkret nəticələr əldə ediləcəyi təqdirdə nəzərdən keçirə bilər.
Beləliklə, təxminən bir il davam edən saziş iyulun 18-də fəaliyyətini dayandırmalı olacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin