Qərbi Azərbaycana qayıdış tarixi yaxınlaşır: Sakinlər çox ümidlidir - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycana qayıdış tarixi yaxınlaşır: Sakinlər çox ümidlidir - VİDEO

146559

Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi beynəlxalq  platformada  müzakirə olunur. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla Brüsseldə  keçirilən görüşdə də müzakirə edilib.

Bizim.Media xəbər verir ki, mövzuya Qərbi Azərbaycan icmasının sədri, millət vəkili Əziz Ələkbərli münasibət bildirib.

Onun sözlərinə görə, Ermənistan dərk etməlidir ki, bu münaqişə təkcə Qarabağ məsələsi ilə bitmir.

İcma sədri Ermənistanın masa üzərində öz mövqelərini daha çox itirdiyinin fərqində olduğunu deyib.

Millət vəkili qeyd edib ki, Brüssel danışıqlarından sonra Qərbi Azərbaycandan olan qaçqınlar bir daha əmin oldular ki, doğma yurdlarına qayıdacaq tarix addım-addım gerçəkləşir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin