Xəbər verdiyimiz kimi, Türkiyənin Hatay vilayətinin Belen rayonunda meşə yanğını baş verib.
Hazırda yanğınsöndürənlər havadan və qurudan yanğını söndürməyə çalışırlar.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın səbəbindən Soğuoluk bölgəsinin sakinləri təxliyə edilib.
Yanğın küləyin təsiri ilə getdikcə daha geniş əraziyə yayılır. Yanğınsöndürmə işlərinə 9 təyyarə və 21 helikopter cəlb olunub.
Qeyd edək ki, Türkiyənin bir neçə bölgəsində meşəlik ərazilərdə yanğın olub. Mersin və Boludakı yanğınlar nəzarət altına alınıb, Çanakkaledəki yanğının söndürülməsi isə davam edir.
Bizim.Media