Xaricilərə İstanbulda yaşamağa İCAZƏ VERİLMƏYƏCƏK 

Hazırda oxunan: Xaricilərə İstanbulda yaşamağa İCAZƏ VERİLMƏYƏCƏK 

146443

Türkiyə hakimiyyətinin qərarı ilə əcnəbilərə İstanbulda yaşayış icazəsinin verilməsi dayandırılıb. 

Bizim.Media “Yeni Şafak”a istinadla xəbər verir ki, sözügedən qadağa daha əvvəl İstanbulun 10 rayonunda tətbiq olunmuşdu. 

Hazırda isə bu təcrübə şəhərin 39 rayonunda qüvvədə olacaq.  

İstanbul Miqrasiya İdarəsinin məlumatına görə, hazırda şəhərdə 1,3 milyon əcnəbi yaşayır. Bu rəqəmə daşınmaz əmlak aldıqdan sonra vətəndaşlıq alanlar daxil deyil. Ümumilikdə əcnəbilər İstanbul əhalisinin 8%-ni təşkil edir. 
Qeyd edək ki, Türkiyədə yaşamaq icazəsi əldə etmək üçün indi ölkənin seyrək məskunlaşılmış ərazilərində 50.000 dollardan, meqapolislərdə isə 75.000 dollardan və daha çox dəyəri olan daşınmaz əmlak almalısınız. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin