“Fransa Cənubi Qafqazda sabitliyi pozur” – Kanada MƏTBUATI 

Hazırda oxunan: “Fransa Cənubi Qafqazda sabitliyi pozur” – Kanada MƏTBUATI 

146414

“Fransa Azərbaycanın tərəfində olan beynəlxalq hüquqa qarşı çıxır və bölgədə sabitliyi pozur”.

Bizim.Media xəbər verir ki, bu barədə Kanadanın nüfuzlu “Thej.ca” media platformasında dərc olunmuş “Fransanın Ermənistan-Azərbaycan münaqişəsində rolu geosiyasi maraqlarla bağlı suallar doğurur” sərlövhəli məqalədə qeyd olunub. 

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisiçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahamın qələmə aldığı məqalədə diqqətə çatdırılıb ki, Fransanın Ermənistanı hərbi cəhətdən dəstəklədiyi barədə məlumatlar mövcuddur. 
Müxtəlif siyasi ekspertlərin fikirlərinin yer aldığı məqalədə Fransanın uzun illərdir ki, irqçi davranışlarına görə qınaq obyekti olduğu qeyd edilib.

Təəssüflə bildirilib ki, Afrikanın bir çox ölkəsi Fransanın onların tarixindəki müstəmləkə keçmişinə görə üzr istəməsini gözlədiyi halda, adıçəkilən ölkənin Afrikaya bərabərhüquqlu tərəfdaş kimi yanaşması müşahidə olunmur. 

Bildirilib ki, qərəzli davranışları səbəbindən Fransa Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində iştirak edən obyektiv ölkə kimi mövqeyini itirib və Azərbaycan açıq şəkildə ermənipərəst mövqe tutduğuna görə Fransanın sülh prosesində iştirakı ilə razılaşmır.

Fransanın niyə Ermənistanı dəstəkləməsi, birincisi, bu ölkədəki nüfuzlu erməni diasporu sayəsindədir, ikincisi, Fransa Cənubi Qafqazda öz təsirinə malik olmaq istəyir. Bir neçə ay əvvəl Ermənistana humanitar missiyanın göndərilməsi ilə bağlı qərarın qəbul edilməsi də sözügedən səbəbdən qaynaqlanır. 

Eyni zamanda diqqətə çatdırılıb ki, Fransa İrəvanı sülh müqaviləsi bağlamağa sövq etmək əvəzinə, sırf öz maraqlarından çıxış edərək Ermənistanı dəstəkləyir ki, bu da nə Ermənistana, nə də Fransaya sərf edir.

Fransanın sözügedən siyasəti Ermənistandakı millətçi qruplara yalnız ümid verməklə tərəfləri sülh sazişinə yaxınlaşdırmır. Bir sözlə, Fransa Azərbaycanın tərəfində olan beynəlxalq hüquqa zidd siyasəti ilə bölgədə sabitliyi pozur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin