Medvedev Boris Consona ruhi xəstəxanaya getməyi məsləhət GÖRDÜ 

Hazırda oxunan: Medvedev Boris Consona ruhi xəstəxanaya getməyi məsləhət GÖRDÜ 

146365

Medvedev Ukrayna ilə bağlı sözlərə görə Consona ruhi xəstəxanaya getməyi məsləhət görüb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Dmitri Medvedev Ukraynanın NATO-ya şərtsiz qəbul edilməsi təklifindən sonra Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona psixiatriya xəstəxanasına getməyi və məhz orada üçüncü dünya müharibəsinin başlanmasını tələb etməyi tövsiyə edib.

"Conson Ukraynanı şərtlər olmadan NATO-ya qəbul etməyi təklif etdi. O, təqaüdə çıxmış axmaq, psixiatrik xəstəxanaya şərtsiz qəbul ediləcək. Məhz burada o, ətrafındakılara özünü “cəsur” oğlan kimi göstərib üçüncü dünya müharibəsini də tələb edə bilər”, - deyə Medvedev bildirib. 
Xatırladaq ki, Conson “Daily Mail” nəşrində Ukraynanın heç bir şərt olmadan və mümkün qədər tez NATO-ya qəbul edilməsinin vacibliyini bəyan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin