Polşalı həkim Saakaşvilinin testlərini oğurlamaq istədi

Hazırda oxunan: Polşalı həkim Saakaşvilinin testlərini oğurlamaq istədi

146337

Polşalı həkim Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin testlərini oğurlmağa çalışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Penitensiar Xidməti məlumat yayıb.

İddia olunur ki, polşalı həkimlərin Saakaşvilini ziyarəti zamanı xoşagəlməz insident baş verib.

Belə ki, polşalı həkim Saakaşvilidən götürdüyü nümunəni kağıza büküb və ayaqqabısında gizlətməyə cəhd edib. Onun niyə belə bir addım atmasının səbəbi bəlli deyil.

Xatırladaq ki, Polşanın Baş naziri Mateuş Moravetski keçmiş prezident Mixail Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib.

Bir neçə gün əvvəl polşalı həkim heyəti Tbilisidəki "Vivamed" klinikasına gələrək Saakaşvilinin vəziyyəti ilə tanış olub, öz tövsiyələrini klinika rəhbərliyinə çatdırıblar.

2021-ci ildə ölkəsinə qayıdarkən həbs olunan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ağır problemlər yaranıb. O, daha sonra müalicə müəssisəsinə köçürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin