ABŞ Nümayəndələr Palatası müdafiə xərcləri haqqında qanun layihəsini təsdiqlədi

Hazırda oxunan: ABŞ Nümayəndələr Palatası müdafiə xərcləri haqqında qanun layihəsini təsdiqlədi

146308

ABŞ Konqresinin Nümayəndələr Palatası 2024-cü maliyyə ili üçün Ukraynaya hərbi yardım da daxil olmaqla, 886,3 milyard dollarlıq müdafiə xərcləri haqqında qanun layihəsini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, qanun layihəsinin lehinə 219, əleyhinə isə 210 səs verilib.

Layihə, həmçinin Kiyev üçün ATACMS operativ-taktiki raket sistemləri üçün 80 milyon dolların ayrılmasını nəzərdə tutur.

Konqresmenlər, Ukraynada Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ABŞ Müdafiə Nazirliyinin bu və ya digər avadanlıq və vasitələrinin birbaşa Pentaqonun ehtiyatlarından təmin edilməsini deyil, istehsalçılarla müqavilələr bağlanmasını nəzərdə tutan 300 milyon dollar yardım göndərməyi təklif edirlər.
Qanun layihəsi növbəti mərhələdə senatda müzakirəyə çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin