Bu ölkənin üç naziri istefa VERDİ

Hazırda oxunan: Bu ölkənin üç naziri istefa VERDİ

146230

Moldovanın daxili işlər naziri Anna Revenko, maarif və innovasiyalar naziri Anatoli Topale və infrastruktur naziri Liliya Dabija istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Dorin Reçan jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib. O, istefa verən nazirlərin hər birinin xidmətini yüksək qiymətləndirib.

Anatoli Topale və Anna Revenko 2021-ci ilin avqustunda formalaşan və Natalya Qavrilitsanın rəhbərlik etdiyi əvvəlki Nazirlər Kabinetinin tərkibinə daxil idi.

Liliya Dabija isə 2023-cü ilin fevralında yeni hökumət formalaşan zaman nazir təyin edilib.

Son iki həftə ərzində siyasətçilər və ekspertlər Kişineu aeroportunda baş verən faciəvi hadisədən sonra daxili işlər nazirinin və sərhəd polisi rəhbərinin istefasını tələb edirdilər. O zaman tacikistanlı cinayətkar sərhədçini və aeroportun təhlükəsizlik xidməti əməkdaşını güllələyib.
Moldova qanunlarına əsasən, Prezident baş nazirin təklifi ilə hökumət üzvlərinin istefası və yeni təyinatlar barədə fərman imzalayır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin