Azərbaycanın paytaxtı Bakıda keçirilən bir neçə mühüm görüşdən sonra uğurlu gün başa çatdı.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant tviter səhifəsində paylaşım edib.
"Prezident, müdafiə naziri və sərhəd xidmətinin rəisi ilə görüşlərimdə biz ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusən də təhlükəsizlik sahəsində əlaqələrin möhkəmləndirilməsinə dair ümumi istəyimizi müzakirə etdik.
Biz birlikdə ölkələrimizin təhlükəsizliyi və regional sabitlik naminə əməkdaşlığımızı və isti münasibətlərimiz gücləndirməyə davam edəcəyik", - deyə nazir bildirib.
חותם יום מוצלח לאחר מספר פגישות חשובות בבאקו, בירת אזרבייג׳ן.
— יואב גלנט - Yoav Gallant (@yoavgallant) July 13, 2023
בפגישותיי עם הנשיא, שר ההגנה ושר הגבולות, שוחחנו על הרצון המשותף להידוק היחסים בין המדינות בשלל תחומים ובתחום הביטחוני בפרט.
יחד, נמשיך לחזק את שיתופי הפעולה והקשר החם, למען ביטחון המדינות והיציבות האזורית???? pic.twitter.com/wEY3KibCOa
Bizim.Media