ABŞ Ukraynaya kasetli sursatlar VERDİ  

Hazırda oxunan: ABŞ Ukraynaya kasetli sursatlar VERDİ  

146070

Ukrayna ABŞ-dan kasetli sursatları alıb, lakin Rusiyaya qarşı müharibədə hələ də istifadə etməyib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Tavriya” əməliyyat-strateji qrupunun komandiri Aleksandr Tarnavski “CNN” telekanalına müsahibəsində bildirib. 

“Biz kaset sursatlarını yeni almışıq, hələ istifadə etməmişik, lakin onlar döyüş meydanındakı vəziyyəti kökündən dəyişə bilər”, - o deyib. 

Tarnavskinin sözlərinə görə, kasetli mərmilərin hansı ərazilərdə tətbiq olunması ilə bağlı qərarı rəhbərlik verəcək. 

O, həmçinin döyüş sursatlarının istifadəsinə qoyulan məhdudiyyətləri qeyd edərək, onların Rusiya hərbçiləri tərəfindən işğal olunduğu halda belə, əhalinin sıx məskunlaşdığı ərazilərdə istifadəsinin qadağan olunduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin