Rusiya və ABŞ kəşfiyyatı "Vaqner"in üsyanı zamanı hansı razılığa gəlib? - DETALLAR

Hazırda oxunan: Rusiya və ABŞ kəşfiyyatı "Vaqner"in üsyanı zamanı hansı razılığa gəlib? - DETALLAR

145945

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iyunun sonunda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernslə telefon danışığı apardığını və söhbət zamanı guya “Ukrayna ilə nə edəcəyini” müzakirə etdiklərini bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə "TASS"a müsahibəsində danışıb.

Qeyd edək ki, Narışkinlə Berns arasında iyunun 30-da telefon danışığı barədə “The Wall Street Journal” da məlumat yayıb. Nəşr iddia edir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ABŞ-ın “Vaqner” PMC üsyanında iştirak etmədiyinə əmin olmaq üçün Xarici Kəşfiyyat Xidmətinin rəhbərinə zəng edib.

Narışkin söhbət faktını təsdiqləyib, lakin bu mövzunun “söhbət üçün bəhanə” olduğunu bildirib. Onun sözlərinə görə, söhbətin əsas hissəsi Ukraynadakı müharibəyə həsr olunub.

Narışkin bildirib ki, o, Bernslə şəxsi görüş təşkil etməyib, lakin bu ehtimal qalmaqdadır.

Onu da bildirək ki, Berns hələ ki, Narışkinin sözlərinə münasibət bildirməyib.

“Washington Post” yazır ki, Berns iyun ayında Kiyevə səfər edib və səfər zamanı Ukrayna ilə Rusiya arasında mümkün sülh danışıqlarının müzakirə edildiyi iddia edilib. Belə danışıqların başlanmasının şərti, iddialara görə, Ukrayna hərbçilərinin ilhaq edilmiş Krıma çıxması olub.
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin mövqeyinin dəyişmədiyini və yalnız 1991-ci il sərhədləri daxilində Ukraynanın bütün ərazisi üzərində nəzarətin qaytarılmasından sonra Moskva ilə danışıqlara hazır olacağını bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin