İsveç NATO-ya üzvlüyün dəstəklənməsi ilə bağlı əldə etdiyi razılaşmalar əsasında Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan alyansın Vilnüsdə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
“İsveç bizə üçtərəfli protokolda nəzərdə tutulduğu kimi bütün terror təşkilatları ilə mübarizə üçün yol xəritəsi təqdim edəcək. Bundan sonra biz NATO-ya üzvlük protokolunu parlamentə göndərməklə növbəti mərhələyə keçəcəyik. Bu məsələ ilə bağlı qərar veriləcək. Bu prosesdə son qərar parlament tərəfindən qəbul ediləcək. O, bayramdan sonra işini bərpa etdikdə, bu beynəlxalq akta baxılacaq”, - deyə Ərdoğan bildirib.
Dövlət başçısı bunun prioritet qaydada həyata keçiriləcəyini istisna etməyib.
Bizim.Media