Avropa Parlamentində Beynəlxalq KONFRANS: “Yəhudilərin azərbaycanlılar qarşısında borcu var” – FOTO 

Hazırda oxunan: Avropa Parlamentində Beynəlxalq KONFRANS: “Yəhudilərin azərbaycanlılar qarşısında borcu var” – FOTO 

145891

İyulun 12-də Avropa Parlamentində İran hakimiyyətinin ölkə ərazisində yaşayan etnik azlıq qruplarına qarşı mənfi davranışları ilə bağlı beynəlxalq konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, konfransda Avropa Parlamentinin 6 üzvü və 5 yüksək səviyyəli spikeri, həmçinin insan haqları təşkilatlarının nümayəndələri, Fransa, Belçika və İsraildən İran üzrə analitiklər və ekspertlər iştirak ediblər.

Azərbaycandakı yəhudi icması da konfransda iştirak edib.

İcma nümayəndələri Avropa Parlamentində İran hakimiyyətinin ölkə əhalisinin üçdə birini təşkil edən Azərbaycan icmasına qarşı davranışından bəhs edən konfransın keçirilməsindən məmnunluqlarını ifadə ediblər.

Konfransa parlamentin beynəlxalq məsələlər üzrə müşaviri, İran üzrə ekspert Manel Msalmi moderatorluq edib. O, konfransa İrandakı azlıq qrupları və azərbaycanlıların, Əhvaz ərəblərinin, kürdlərin, bəluclərın və başqalarının bərabər hüquqlar uğrunda mübarizəsi haqqında məruzə ilə başlayıb. 

Bakıdakı gürcü Sefarad icmasının rəhbəri, ravvin Zamir İsayev hadisəni şərh edərək deyib: 

“Yəhudilər uzun illər təqib olunublar və biz bunun necə hiss olduğunu yaxşı bilirik. Biz konkret olaraq, davamlı zülmdən əziyyət çəkən Azərbaycan xalqı qarşısında hamıdan çox borcluyuq. Biz bu məsələni hər beynəlxalq forumda qaldırmağı planlaşdırırıq. Çünki İranın azərbaycanlı azlıqlara zülmü dünya ictimaiyyətinin gündəmində birinci yerdə olmalıdır”.

Əsas çıxışı parlamentin üzvü Françeska Donato edib və o, Avropa İttifaqının İranda qadınların və azlıq qruplarının hüquqlarının təmin edilməsində, o cümlədən Yaxın Şərqdə demokratiya, bərabərlik və etnik azadlığın dəstəklənməsində oynadığı rolu vurğulayıb.

İranda dini azadlıq, xüsusilə dini azlıqların məruz qaldığı ayrı-seçkilik və təqiblər də konfransda müzakirə olunub. Həmçinin, girov siyasətindən istifadə edən və terrorçu rejim kimi təsnif edilən İran rejiminin fərqli xüsusiyyəti kimi qadınların və azlıqların zülmünə də diqqət yetirilib.
Avropa İttifaqının azlıq qruplarına önəm verdiyi və beynəlxalq ictimaiyyətin iranlıların, o cümlədən azərbaycanlılar kimi qeyri-fars əhalinin azadlığını və bərabərliyini təmin etmək öhdəliyini dəstəklədiyi vurğulanıb.

Tehran Orucoğlu, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin